Rusiyada son 24 saatda 561 nəfər koronavirusdan öldü


Rusiyada yeni növ koronavirus səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, Rusiyada son sutkada 561 nəfər COVİD-19-dan dünyasını dəyişib, 28 min 776 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, Rusiyada koronavirusdan ölənlərin ümumi sayı 51 min 912-yə, yoluxanların sayı isə 2 milyon 906 min 503 nəfərə çatıb. 2 milyon 319 min 520 nəfər isə müalicə alaraq sağalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top