Azərbaycanlılara işgəncə verən erməni həbs edildi


Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə həbs qətimkan tədbiri seçilib.

Ermənistan tərəfində əsir olan azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.

DİGƏR XƏBƏRLƏR

Top