Dollara tələbat artır - RƏQƏMLƏR


Bu gün – 22 dekabr tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 74,3 milyon dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki – 17 dekabr 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 3,5 milyon dollar və ya 4,9% çox olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar.
Dekabr ayında keçirilən valyuta hərraclarında valyuta satışı aşağıdakı kimi olub:
1 dekabr – 63,8 milyon dollar
3 dekabr – 63,1 milyon dollar
8 dekabr – 66 milyon dollar
10 dekabr – 67 milyon dollar
15 dekabr – 70 milyon dollar
17 dekabr – 70,8 milyon dollar
22 dekabr – 74,3 milyon dollar

DİGƏR XƏBƏRLƏR

Top