Vətən müharibəsində şəhid olan əsgər bu gün dəfn edildi - FOTOLAR


Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri dəfn edilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, Füzulinin işğal altında olan kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Hüseyn Elsəvər oğlu Mirzəyevin nəşi bu gün ailəsinə təhvil verilib.
Şəhid sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də danışıb. Həmin vaxtdan bir daha əsgərin taleyi barədə heç kim məlumat əldə edə bilməyib. Ötən gün Hüseynin şəhid olduğu məlum olub.
H.Mirzəyev bu gün Gəncədə Şəhidlər xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top