Mutasiyaya uğramış virus uşaqlar arasında daha yoluxucu ola bilər


İngiltərədə aşkarlanan COVID-19-un mutasiyaya uğramış formasının uşaqlar arasında daha yoluxucu ola biləcəyi deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yeni və İnkişaf etməkdə olan Tənəffüs Virusu Təhdidləri Məsləhət Qrupu (NERVTAG) tərəfindən açıqlama verilib. Oxford Universitetinin Yoluxucu Xəstəliklər üzrə professoru və NERVTAG-ın prezidenti Pitr Horbi, çox insanın bu virusa yoluxacağını bildirib.
Digər bir NERVTAG üzvü və epidemioloq Neil Ferquson, uşaqlarda yoluxma meylinin daha yüksək olduğunu bildirib. O, mutasiya ilə gələcəkdə necə davranılacağını görmək üçün daha çox məlumat toplamalı olduqlarını deyib.
 

DİGƏR XƏBƏRLƏR

Top