Rusiya prezidenti mühafizə xidmətinin polkovnik-leytenantı intihar edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ria.ru” məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti mühafizə xidmətinin polkovnik-leytenantı Moskvanın şimal-şərqindəki Tsander küçəsində intihar edib. Yanında tapılan qeyddə intihara könüllü qərar verdiyi yazılıb.
Qeyd edək ki, son bir ayda Rusiya prezidenti mühafizə xidmətində bu ikinci intihar hadisəsidir. Təxminən 1 ay əvvəl yenə həmin xidmətin əməkdaşı Mixail Zaxarov Kreml ərazisində intihar etmişdi.