COVİD-19-dan ölən 12 nəfərin meyitlərinin dəyişik düşdüyü iddiasına TƏBİB-dən CAVAB


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı iddialara münasibət bildirib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış TƏBİB-in ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olduğunu bildirib.
O qeyd edib ki, xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir: “Sözügedən quruma isə TƏBİB nəzarət etmir”.

DİGƏR XƏBƏRLƏR

Top