397 ildən sonra planetlər arasında bir ilk yaşanıb - VİDEO


397 ildən sonra Yupiter və Saturn yenidən səmada bir-birinə yaxınlaşaraq tək ulduz kimi parıldayıblar.
Yeniavaz.com
xəbər verir ki, hadisə dekabrın 21-dən 22-nə keçən gecə baş verib və günəşin batmasından sonra izləmək mümkün olub. Tarixdə planetlərin bu cür yaxınlaşmaları böyük hadisələrin xəbərçisi kimi qəbul edilir. Belə ki, sonuncu dəfə bu hadisənin 1623-cü ilin iyulun 16-da baş verdiyi bildirilib. Astronomların sözlərinə görə, tarixi birləşmə hava şəraitindən asılı olaraq 23 dekabr tarixinədək görünə bilər.
Qeyd edək ki, növbəti dəfə belə hadisənin 400 il sonra baş verəcəyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top