Ermənistanda daha bir bələdiyyə sədri saxlanıldı


Bu gün Ermənistanın Kacaran şəhər bələdiyyəsinin sədri Manvel Paramazyan saxlanılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, Manvel Paramazyan baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə səfərinə mane olmaq üçün təşkil olunan mitinqlərin təşkilatçılarından biri hesab olunur.
Qeyd edək ki, dünən eyni səbəbdən Ermənistanın Gorus şəhər bələdiyyəsinin sədri Aruşan Aruşanyan da saxlanılıb. 
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən Sünik bölgəsinə etdiyi səfəri yerli sakinlərin yolları bağlaması səbəbindən yarıda qoyaraq İrəvana geri dönüb. Daha sonra Nikol Paşinyan “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb ki, indi əminəm ki, yol bağlıdır: “Beləliklə Gorus, Qafan, Kacaran, Mehri atmosferinin Sisian ilə eyni olduğu açıq-aşkar görünür”.

DİGƏR XƏBƏRLƏR

Top