Putin 9 yaşlı uşağın bu xəyalını reallaşdırdı - VİDEO


Rusiya Prezidenti Vladimir Putin 9 yaşlı uşağın xəyalını reallaşdırıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Putin ümumrusiya “Dilək ağacı” aksiyasında iştirak edib.  "Mənimlə xəyal et" xeyriyyə layihəsinə əsasən, kimsəsiz, sağlamlıq imkanları məhdud, çətin həyat vəziyyəti olan uşaqlar arzularını sözügedən ağacın üzərində qeyd edirlər. Çelyabinskdən olan Dima Aşçepkovun xəyalı isə prezident V.Putin ilə görüşüb, Qırmızı Meydanda onunla birlikdə buz üzərində xokkey oynamaq olub. Uşağın xəyallarını reallaşdıran Rusiya prezidenti, ənənəyə sadiq qalaraq, meydana 11 nömrəli forma ilə çıxıb. Eyni zamanda məşhur xokkeyçi Valeri Kamenskin də onlara yoldaşlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top