Əsgərlikdə anasından sevdiyi qıza elçi getməsini istəyən şəhidimiz Cavanşir Həmidli


44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri də Lerik rayonun Çayrud kəndindən olan Cavanşir Həmidlidir.

Cavanşir hərbi xidmətini başa vurmasına cəmi iki ay qalmış şəhid olub.

O, müharibədə bir neçə yaralı yoldaşını döyüş meydanından çıxarmağı da bacarıb.

Cavanşir qardaşının ali təhsil almasını çox istəyirmiş. Atası ilə danışanda da bunu tez-tez dilə gətirib.

Cavanşirin atası Namiq Həmidli sonuncu dəfə oğlunu aylar öncə görüb. Ata oğlunu görmək üçün sentyabrın 27-də onun xidmətdə olduğu hərbi hissəyə gedib. Namiq Həmidli hərbi hissəyə çatan zaman oğlunun döyüş meydanına yollandığını bilib.

Şəhid Cavanşir Həmidli Lənkəran Dövlət Universitetində təhsil alıb. Ali təhsilini hərbi xidmətdən sonra davam etdirmək istəyən Cavanşir ailə həyatı qurmağı da planlaşdırıb. Hərbi xidmətdən məzuniyyətə gəldiyi müddətdə anasından sevdiyi qıza elçi getməsini istəyib. Cavanşir şəhid olduqdan sonra sevdiyi qız Çayrud kəndinə gələrək onun məzarını ziyarət edib.

Publika.az

DİGƏR XƏBƏRLƏR

Top