Ramin Hacılı: “Əli Həsənov mənə casusluq təklif etdi”

“Əli Həsənovdan ən çox zərərçəkmişlərdən biri mən olmuşam. O zaman o, mənə bir çoxlarına təklif etdiyi kimi, mətbuatda casusu olmağa çağırmışdı. Mən buna razılıq verməyəndə isə, məni şərləməyə, “vurmağa” başladı. Əli Həsənov bütün işlərimin dağılmasında, şərlənib həbs edilməyimdə birbaşa rol oynayan adamdır”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri siyasi aktivist Ramin Hacılı bizim.media-ya danışarkən deyib. R.Hacılı vaxtı ikən Əli Həsənovdan təzyiqlərə məruz qaldığını deyib. 

Onun sözlərinə görə, hakimiyyətdən sui-istifadə edən məmurların özbaşınalığı hazırkı cəmiyyətdə ən çox gənclərə təsir edir.

“Əli Həsənov vaxtı ilə söz demək, yaratmaq haqqına da sahib çıxmışdı. Bir zamanlar o, media qurumlarının boz kardinalı idi. Mətbuat hələ də özünə gələ bilmir, bu sahədə də təmizlənməyə ciddi ehtiyac var. Hər bir sahədə islahatlar gedir, mətbuatda da tədricən bu proses getməlidir. Çünki Əli Həsənovun və ya Ramiz Mehdiyevin qoyduğu kadrlar hələ də cəmiyyəti zəhərləməyə davam edirlər. Çünki həmin o məmurlar hələ də dövlət qurumlarında çalışırlar. Bu gün də onlar tərəfindən müxtəlif təxribatlar törədilir”,- deyə o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top