Bakı Şəhər İcra Hakimiyyəti 2 ay əvvəl 110 manata aldığı duzu indi 120 manata alır – TENDER


Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fərdi sahibkar Fizuli Telman oğlu Ağayev (VÖEN-6200377622) olub.
Yeniavaz.com
xəbər verir ki,  Fizuli Ağayev Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifarişi ilə bu qurum üçün qış mövsümündə küçə və prospeklərdə buzun əridilməsi üçün istifadə olunan texniki duz satacaq. 
Departament  Fizuli Ağayevdən ümumilikdə 350 ton duz alacaq və 42 min manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, 1 ton texniki duzu 120 manata satın alacaq. 
Qeyd edək ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bu ilin oktyabr ayında da eyni məqəsdlə texniki duz satın alıb. Departament 1400 ton texniki duz üçün “Şamaxı-MQ” MMC-yə 154 min manat ödəyib. 
Açıqlanan məlumatlardan belə görünür ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 ay əvvəl 1 tonu üçün 110 manat ödədiyi texniki duz üçün bu dəfə 120 manat ödəyəcək. 
Onu da bildirək ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top