Bayden təhsil naziri vəzifəsinə gözlənilməz ad təqdim edib


ABŞ-ın yeni prezidenti Co Baydenin formalaşdırdığı kabinetdə daha bir gözlənilməz şəxsin vəzifəyə təyin ediləcəyi bildirilir.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, Bayden Konnektikat ştatının təhsil eksperti Miqel Kardonanı təhsil naziri təyin edəcək. Baydenin müəllim, məktəb müdiri və təhsil eksperti kimi fəaliyyət göstərmiş Kardonanı uşaqların yenidən məktəbə qayıtmalarının tərəfdarı olduğu üçün bu vəzifəyə seçdiyi deyilir.
Qeyd olunur ki, Bayden vəzifəyə gəldikdən sonra ilk 100 gündə əksər məktəbləri yenidən açmağı hədəfləyir, lakin bunun üçün təhsil həmkarlar ittifaqları ilə qarşılaşmaq istəmir.

DİGƏR XƏBƏRLƏR

Top