Müharibə başa çatdıqdan sonra 1047 erməni hərbçinin cəsədi tapılıb


Hadrut, Cəbrayıl və Horadiz istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində öldürülən daha 8 erməni hərbçinin cəsədi tapılıb. 
Yeniavaz.com
xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin “fövqəladə hallar xdmətinin” informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin “müdiri” Hunan Tadevosyan “news.am” saytına açıqlmasında deyib.
Hunan Tadevosyan deyib ki, bu gün axtarışlar Hadrut, Horadiz, Cəbrayıl və Şuşanın dağlıq bölgələrində davam edir. Onun sözlərinə görə, indiyədək ümumilikdə 1047 hərbi qulluqçunun cəsədi tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top