Ermənistanda hakimiyyətə qarşı növbəti etiraz aksiyası başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, ermənilərin Vətən Qurtuluş Hərəkatı bu gün, ümumerməni tətil, itaətsizlik və dərs tətili günü elan edib. Şəhərin müxtəlif bölgələrindən gələn qruplar, itaətsizlik hərəkatının baş tutacağı Respublika Meydanına yürüş edirlər.