İrəvanda “Antares” holdinqin qapısına Türkiyə bayrağı yapışdırıldı - FOTOLAR


Xəbər verdiyimiz kimi, dünən tanınmış erməni biznesmen, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan “Facebook” sosial şəbəkəsindəki hesabında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini yazıb: “26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinynala yaxın dost olduğu bildirilən iş adamının bu açıqlamasına etiraz edənlər “Antares” holdinqə məxsus İrəvandakı obyektlərdən birinin  qapısına Türkiyə bayrağı yapışdıraraq Armen Martirosyanı “xain” adlandırıblar.

DİGƏR XƏBƏRLƏR

Top