Şəhid anası: “Deyirdi, gələcəm tezliklə, sənə gəlin lazımdır” - VİDEO


“Deyirdi ana narahat olma, hər şey yaxşı olacaq. Biz qabağa gedirik. Gələcəm tezliklə, sənə artıq gəlin lazımdır”.
Yeniavaz.com
"AzTv"ə istinadla xəbər verir ki, bu sözləri 25 yaşlı şəhidimiz Nicat Abdullayevin anası Sara Abdullayeva deyib.
Nicat Vətən müharibəsi başlayanda deyir ki, torpaqların azad olunmasında onun da payı olmalıdır: “Ana-bala deyildik biz onunla, dost idik. Hər sözümüzü deyirdik bir birimizə. Dedi ana, mənim yolumu kəsmə, xeyir-dua ver gedim. Mən də verdim. Mən hələ inanmıram. Elə bilirəm işdədi, gələcək. Məni aldadıb apardılar ki, yaralıdı. Gülə-gülə gedirdim uşağımı axtarmağa. Sonradan başa düşdüm ki, uşağım ölüb”.
Nicat Abdullayev Cəbrayılın azad olunmasında igidliyi ilə fərqlənib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə isə ən uca zirvəni - şəhidlik zirvəsini fəth edib.

DİGƏR XƏBƏRLƏR

Top