Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib


Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri cənab Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda Azərbaycanın Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top