Zamirə Hacıyeva Londonda məhkəməni uduzdu


Azərbaycanda həbsdə olan keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı sərvətinin mənbəyini açıqlamaqla bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətini uduzub. Yeniavaz.com xatırladır ki, Zamirə Hacıyeva Londondakı "Harrods" ticarət mərkəzində 16 milyon funt sterlinq (21.5 milyon dollar) məbləğində pul xərclədikdən sonra britaniyalı qanun keşikçilərinin diqqət mərkəzinə düşüb. Z.Hacıyevanın Londondakı dəbdəbəli evini, "Harrods"un yaxınlığındakı qolf klubunu satmaq istəyinə (29 milyon dollarlıq satış əməliyyatı) mane olunub.
Böyük Britaniya Ali Məhkəməsi dekabrın 21-də bildirib ki, Hacıyevanın Britaniya Milli Cinayətkarlıq Agentliyinin (MCA) ona qarşı qaldırdığı İzaholunmaz Sərvət Orderindən (İSO) şikayətini rədd edib. MCA-nın baş direktoru Qreym Biggar sözügedən məhkəmə qərarının gələcəkdə bu tip işlər üçün presedent olacağını bildirib. 
Hacıyeva sərvətinin mənbəyini izah edə bilməsə, satmağa çalışdığı Londonun mərkəzindəki dəbdəbəli evini, qolf klubunu və digər qeydə alınmış sərvətini itirə bilər.

DİGƏR XƏBƏRLƏR

Top