
Türkiyədə son sutka ərində yeni növ koronavirusdan (COVID-19) 254 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 103 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 18 351, ağır xəstə sayı isə 5192 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirusdan 18 351 nəfər ölüb.
Tətbiqimizi yükləyə bilərsiniz