Prezident rusiyalı naziri qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib.

Yeniavaz.com xəbər verir ki, fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top