BNA yol kənarındakı qara tumbaların bir ədədini 300 manata alır - FOTOFAKT


Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Sear Supply” MMC olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Sear Supply” MMC BNA-nın sifarişi əsasında “Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət”ini həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “Sear Supply” MMC-yə 441 min 84 manat  ödəyəcək.

Qeyd edək ki, BNA ümumilikdə 1500 ədəd tumba satın alacaq. Rəqəmlərdən də göründüyü bir ədəd tumbanın satın alınması, quraşdırılması və bir illik texniki xidməti üçün 294 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Sear Supply” MMC 22.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanou, Haqverdiyev, ev 1, m 23-də yerləşir. Qanuni təmsilçisi Səlimli Rəşid Fərman oğlu olan "Sear Supply” MMC daha əvvəl “Bakubus”un keçirdiyi tender müsabiqəsində qalib olub.
Bu ilin sentybar ayında “Bakubus” tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Sear Supply” MMC olub. "Sear Supply” MMC “Bakubus”un sifarişi əsasında bu quruma xüsusi geyim formaları satıb. Qeyd olunan mallar üçün “Bakubus” “Sear Supply” MMC-yə 505 min 686 manat 5 qəpik ödəyib.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Sear Supply” MMC-nin həm geyim, həm də tumba satmasından başqa hansı fəaliyyətinin olduğu barədə məlumata rast gəlmək mümkün deyil.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top