Paşinyanı bu şəhərlərə buraxmadılar – İrəvana geri qayıdır


Ermənistanın baş naziri Nikol Paşinyan Sünik bölgəsinə etdiyi səfəri yarıda qoyaraq İrəvana geri dönüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Nikol Paşinyan “Facebook” sosial şəbəkəsindəki hesabından paylaşıb.
Paşinyan paylaşımında bunları yazıb:
“İndi əminəm ki, yol bağlıdır. Beləliklə Gorus, Qafan, Kacaran, Mehri atmosferinin Sisian ilə eyni olduğu açıq-aşkar görünür.
Xüsusilə matəm günündə güc tətbiq etməyəcəyik. İrəvana qayıdırıq.
Növbəti səfərimdə Gorus, Qafan, Kacaran, Mehri ziyarət etməliyəm”

DİGƏR XƏBƏRLƏR

Top