Şuşada çörək istehsal edən ilk müəssisə fəaliyyətə başladı - FOTOLAR



Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.
“Azcake” MMC-yə məxsus istehsal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün MMC-yə dövlət dəstəyi göstərilib. Müəssisədə avadanlıqların quraşdırılması “Sumqayıt-Çörək” ASC tərəfindən həyata keçirilib.
Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 10 nəfərə yaxın işçi çalışır. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.
Hazırda istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.











prev
next
  •  





DİGƏR XƏBƏRLƏR

Top