Mutasiya olmuş koronavirusa görə İngiltərədə təcili komitə toplanır


İngiltərə hökuməti bu gün ölkədə yayılan koronavirus problemini müzakirə edəcək.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərə hökumətinin “Kobra” Təcili Komitəsi, ölkədəki koronavirusun mutasiya olmuş versiyasının yayılması səbəbilə bir sıra ölkələrin Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini məhdudlaşdırmaq qərarını müzakirə etmək üçün toplanacaq. Qeyd edək ki, bazar günü, dünyanın bir sıra ölkələri, koronavirusun yeni bir variantının yayılması səbəbindən İngiltərə ilə aviareysləri məhdudlaşdırmaq barədə qərarlarını açıqladılar. Bəzi ölkələr isə daha sərt tədbirlər görülməsi barədə göstəriş verib. Fransa yalnız uçuşların deyil, İngiltərədən gələn digər sərnişin daşımalarının da qəbulunu 48 saat dayandırmaq qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top