Türkiyə Prezidentinin yaxın qohumu koronavirusdan dünyasını dəyişib


Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın Kocaelinin vilayətinin Başiskele mahalında yaşayan qardaşı oğlu Əhməd Ərdoğan koronavirüsdan dünyasını dəyişib.
Əhməd Ərdoğan koronavirus testinin müsbət nəticələnməsindən sonra bir müddət əvvəl Kocaeli Dövlət Xəstəxanasında müalicə alırdı.
Reanimasiyaya yerləşdirilmiş Ə.Ərdoğan tənəffüs aparatına qoşulmuşdu. Bu gecə göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, Ə.Ərdoğan orada vəfat edib.
Ə.Ərdoğanın doğma yurdu Rizenin Güneysu mahalında dəfn ediləcəyi bildirilir.//apa
 

DİGƏR XƏBƏRLƏR

Top