Ermənistan KİV: İranı Ermənistanla birləşdirən əsas magistral Azərbaycanın nəzarətindədir - VİDEO

“Azərbaycan əsgərləri yol boyu müxtəlif yerlərdə yerləşdirilib. Vorotan kəndi və Şurnuxa gedən yollarda. Bu, İranı Ermənistanla birləşdirən əsas magistralımızdır".
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Goris şəhərinin bələdiyyə sədrinin müavini Menua Hovsepyan "tert.am" saytına verdiyi açıqlamada deyib.

Hovsepyan deyib ki, səlahiyyətli orqanlara görə bura Syunik bölgəsi deyil, başqa bir yerdə: "Syunikdən bir millimetr vermədiklərini söyləyirlər, amma azərbaycanlılar o yolda görünürsə, bu, səlahiyyətlilərin məntiqinə görə Syunik deyil deməkdir.  Biz buranın Syunik olduğuna əmindik. Hökumət təhlükəsizliyi necə təmin edəcəyinə cavab verməlidir. Vətəndaşların əhvalı çox pisdir. Syunikin gələcəyindən narahatıq". 

 

DİGƏR XƏBƏRLƏR

Top