Azərbaycan əsgərləri Qafan-Gorus-Xankəndi yoluna çıxdılar – YENİ VİDEO


Azərbaycan əsgərlərinin Qafan-Gorus-Xankəndi yolunda çəkilən görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, video-görüntünü Ermənistanın “Mediaport” kanalı yayıb.
Bildirilir ki, Azərbaycan əsgərləri Gorus rayonu ərazisində yerləşən məşhur “Daş meşə”nin yaxınlığına çatıblar.
Məlumat üçün bildirək ki, "Daş meşə" adlandırılan ərazi vulkanik mənşəyə sahib olan qeyri-adi formalı daş sütunlardan ibarətdir. Ermənistanın Qubadlı rayonu ilə sərhəddə yerləşən Xınzırək kəndi yaxınlığındadır. Qubadlı rayonu işğal altında olduğu zaman Ermənistanın Qafan şəhərindən Gorus şəhərinə çəkilən avtomobil yolu həmin ərazidən keçib və yolun bir hissəsi Azərbaycan ərazilərindən keçib.
Onu da bildirək ki, bu yol Gorus şəhərindən keçərək Ermənistanın cənub rayonlarını (Qafan, Sisian və Mehri rayonları) Qarabağa birləşdirən ən qısa yoldur.

 

DİGƏR XƏBƏRLƏR

Top