ABŞ-da COVID-19 peyvəndlərinin mənfi reaksiyaları aşkarlandı

ABŞ-ın İllinoys ştatında yerləşən xəstəxana dörd əməkdaşında ürək döyüntülərinin artması və iynələnmə hissləri də daxil olmaqla, mənfi reaksiyalar aşkarlandığından sonra işçiləri üçün koronavirus peyvəndlərinin vurulmasını dayandırıb.

Bu barədə “Fox News” məlumat yayıb.

Qeyd olunur ki, üç işçi ambulator yardım alacaq, dördüncüsü isə xəstəxanaya yerləşdirilib.

Rəsmi açıqlamaya görə, Çikaqodan təxminən 62 kilometr şimalda yerləşən “Advocate Condell” tibb mərkəzi təhlükəsizlik səbəbi ilə işçilərinə “Pfizer” peyvəndi vurmağı müvəqqəti dayandırıb. Eyni zamanda tibb mərkəzinin digər filialları, o cümlədən İllinoysda 8, Viskonsində 3 filial fasiləsiz vaksinasiyaya davam edib.

Tibb mərkəzindən bildirilib ki, ümumilikdə üç min işçiyə peyvənd vurulub və yalnız dörd nəfərdə mənfi reaksiya qeydə alınıb.//report

DİGƏR XƏBƏRLƏR

Top