Füzulinin şəhərin mərkəzindəki heykəlinin qalıqları tapılıb - FOTOLAR


Füzuli şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.
Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub.
Qeyd edək ki, Füzuli rayonu və şəhəri 27 il sonra işğaldan azad edilib. Bu müddət ərzində erməni işğalçıları rayonda evləri, sosial-məişət obyektlərini, mədəniyyət və tarixi abidələri yertlə-yeksan ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhəri işğaldan azad olunduqdan sonra bildirmişdir ki, orada Azərbaycan bayrağının sancılması üçün bir bina belə tapılmayıb.


DİGƏR XƏBƏRLƏR

Top