Qazi Elçin Səmədovun ailəsinə ev verildi - FOTOLAR


Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi qərara alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin sosial tərəfdaşı olan şirkət tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.
Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.


DİGƏR XƏBƏRLƏR

Top