Ombudsman qazilərlə görüşdü


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi iştirakçısı olmuş bir qrup qazi ilə görüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, Ombudsman Aparatında keçirilən görüş zamanı ehtiyatda olan mayor Ziyadov İlkin Eldar oğlu, ehtiyatda olan kapitan Məmmədov Anar Yaşar oğlu, kapitan Muradov Zaman Müqabil oğlu və baş leytenant Daşdəmirov Qədir İsmayıl oğlu iştirak ediblər.
Ombudsman əvvəlcə qazilərimizi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibəti ilə təbrik edib, işğal altında olan torpaqlarımızın azad edilməsinə görə Azərbaycan xalqının Ordumuzun əsgər və zabitlərinə dərin minnətdarlıq hissi duyduğunu qeyd edib.
Səbinə Əliyeva görüşdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət barədə danışıb. Ombudsman, həmçinin qazilərin qayğıları ilə maraqlanıb və onların qeyd etdikləri məsələləri nəzarətdə saxlayacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top