ABŞ-ın nüfuzlu “TIME” jurnalı 2020-ci ilin 100 fotosunu təqdim edib.
Yeniavaz.com xəbər verir ki, həmin fotolar arasında erməni hücumu nəticəsində Bərdə şəhərində şəhid olmuş qardaşının (Fuad İsmayılovun) əlini öpən bacının görüntüləri də yer alıb. Fotonun müəllimi Ayvor Prikettindir.
Qeyd edək ki Ermənistan silahlı qüvvələri 27- 28 oktyabr tarixlərində Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 25 mülki şəxs dünyasını dəyişib, 80-dən çox insan yaralanıb. Çox sayda ticarət və digər mülki obyektlərə ziyan dəyib.