“Azəriqaz” Xalq artistinin müraciətini cavabsız qoymadı - VİDEO


“Azəriqaz” İstehsalat Birliyi bu günlərdə quruma müraciət edən Xalq artisti Yasin Qarayevin müraciətini cavabsız qoymayıb.

Y.Qarayev Birliyə müraciətində Pirşağı qəsəbəsində yerləşən bağ evində təbii qazın olmadığını bildirib.

Sənət adamlarına xüsusi diqqətlə yanaşan “Azəriqaz” İB qaz çəkilişi ilə bağlı məsələnin müsbət həll edilməsi üçün müvafiq işləri görüb. Müraciətinə həssaslıqla yanaşıldığına görə Xalq artisti minnətdarlığını bildirib.

“Sevindirici halla rastlaşdım. Baxıram, əvvəl burada qaz boruları yox idi. Sayğac da quraşdırılıb. Əvvəla deyim ki, bura bağ evimdir, havalar soyuyub, koronavirus pandemiyası da bir tərəfdən yayılıb, arada bura gəlməyə üstünlük verirəm. Qaz da olmayanda çətinlik çəkirdim, bağa gələ bilmirdim. Məmnuniyyətlə arzumu yerinə yetirdilər. Bu, savab işdir. İstərdim ki, işğaldan azad olunan yerlərdə tezliklə qaz xətləri çəkəsiniz. Dövlətimiz tərəfindən sənət adamlarına həmişə diqqət olub. Bu gün mənim üçün icra olunan qaz çəkilişi də buna əyani misaldır”,- deyə Y.Qarayev bildirib

DİGƏR XƏBƏRLƏR

Top