Hacı Əliyev mükafatlandırma mərasiminə çıxmadı


Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda bürünc medal qazanan Hacı Əliyev (65 kq) mükafatlandırma mərasimində iştirak etməyib.

Üçqat dünya və Avropa çempionu olan sərbət güləşçi zədəli olduğu üçün onun əvəzinə fəxri kürsüyə yığmanın masajçısı çıxıb.

Qeyd edək ki, Hacı Əliyev dünən 1/4 final mərhələsində qırğızıstanlı Ernazar Akmataliyevlə görüşdə (6:4) qabırğasından zədələnib.//report

DİGƏR XƏBƏRLƏR

Top