Qarabağda rusiyalı sülhməramlı zabit minaya düşərək ölüb - RƏSMİ


Rusiya sülhməramlılarının zabiti Şuşa ətrafında minaların təmizlənməsi zamanı ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu partlayıb. Partlayış nəticəsində Beynəlxalq Minalar Əleyhinə Mərkəzin minalardan təmizləmə qrupunun bir zabiti ağır yaralanıb. Yaralı hərbçi təcili tibbi yardım göstərilib, lakin xəstəxanaya aparılan zaman yolda həyatını itirib”, - deyə nazirliyin məlumatında qeyd olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top