İran yeni yeraltı nüvə obyekti inşa edir - İDDİA


ABŞ-la nüvə razılaşması barədə fikir ayrılığı yaşayan İranın yeni bir nüvə obyekti inşa etdiyi iddia edilir.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, Fordo şəhərindəki obyekt yerin altında inşa edilir. Hava hücumundan müdafiə sistemləri ilə qorunan tikintiyə görə Vaşinqton tərəfindən necə reaksiya gələcəyi hələlik bilinmir.
İddia peyk müşahidələri aparan “Maxar Technologies” tərəfindən çəkilən fotolara əsasən irəli sürülüb. Qeyd edilir ki, İranın inşa etdiyi obyektin dağlarla əhatələndiyi deyilir.
Tehran rəhbərliyinin mümkün hava zərbələrinə qarşı müdafiəni artırmağı hədəflədiyi ifadə edilir.
İranın BMT ofisi və nüvə anlaşmasına nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin şərh vermədiyi bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top