Azərbaycanın Baş nevroloqu dünyasını dəyişdi


Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti, professor Şərif Mahalov bu gün dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Tibb Universitetindən Trend-ə verilən məlumata görə, Şərif İslam oğlu Mahalov 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1972-ci ildə namizədlik, 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifidir. 2000-ci ildə “Əməkdar həkim”, 2009-cu ildə “Əməkdar Elm Xadimi” adlarına layiq görülüb.

ATU rəhbərliyi və kollektivi Şərif Mahalovun vəfatı ilə bağlı mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

DİGƏR XƏBƏRLƏR

Top