Laçındakı ermənilər tərkisilah ediləcək - VİDEO


İşğaldan azad olunan Laçın rayonun Zabux kəndində yaşayan erməni icmasının başçısı Andranik Çavuşyan “Facebook” sosial şəbəkəsindən video-müraciət yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, Andranik Çavuşyan video-müraciətdə Rusiya sülhməramlılarının Zabux kəndinə gələrək onlardan silahlarını təhvil vermələrini tələb etdiyini bildirib.
Çavuşyan deyib ki, Rusiya sülhməramlıları onların təhlükəsizliyini təmin edəcəklərinə dair söz verib. Erməni icmasının başçısı video-müraciətində bütün media qurumlarından təhvil vermə mərasimində iştirak etmək üçün Zabuxa gəlmələrini istəyib:
“Bizə təhlükəsizlik vəd etdiklərinə dair dəlillər olsun”.
Məlumat üçün bildirək ki, ermənilərin “Ağavno” adlandırdıqları Zabux kəndi 1992-ci ildə işğal olunub. Hazırda həmin kənd “Laçın koridoru” ərazisinə düşüdüyü üçün qanunsuz şəkildə məskunlaşmış ermənilərin buradan köçürülməsi təxirə salınıb.

DİGƏR XƏBƏRLƏR

Top