Rusiya sülhməramlıları missiyasını uğurla həyata keçirir – Azərbaycan prezidenti


"Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri missiyasını uğurla həyata keçirir".
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən növbəti sammitində çıxış edərkən deyib. Prezident bildirib ki, “Dağlıq Qarabaq münaqişəsi” artıq keçmişdə qalıb:
"Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri missiyasını uğurla həyata keçirir. Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim təmasdadırlar. Hadisə bir gün ərzində həll edildi. Atəşkəsə əməl olunur. Vladimir Vladimiroviç Putinlə tamamilə razıyam ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Bu, artıq tarixdir".

DİGƏR XƏBƏRLƏR

Top