"1,5 -2 milyon vətəndaşımızı işğaldan azad olunan ərazilərdə yerləşdirməliyik" - Zahid Oruc


“Biz yüz minlərlə insanı Qarabağda təhsilə cəlb edərək orada təhsil müəssisələrimizi, universitetlərimizi qurmalıyıq”.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, məcburi köçkünlərimizlə yanaşı, 1,5 -2 milyon vətəndaşımızın Böyük qayıdışla azad olunan torpaqlarımızda yaşamasına imkan yaratmalıyıq: “Hesab edirəm ki, Qarabağda yaşayan insanlara dövlət dəstəyi olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top