Hulusi Akar: “S-400-ü istifadə üçün aldıq, satışı gündəmdə deyil”


ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi qərarından sonra Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemlərinin müzakirələri davam edir.
Yeniavaz.com
xəbər verir ki, Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:
"Türkiyə, hər deyilənə "hə" deyəcək ölkə deyil. 1982-ci ildən bu günə kimi Türkiyənin hava hücumundan müdafiə sistemləri barədə istəkləri var idi. Bu proses S-400-ün satın alınması ilə nöqtələndi. Kriteriyalar qoyuldu, alqı-satqı edildi. Yunanıstanda da S-300 var. ABŞ-ın obyektiv olmasını istəyirik. İstəyimiz budur ki, ABŞ-lı müttəfiqlərimiz düzgün olmayan qərarından geri çəkilsin. S-400-ləri istifadə üçün aldıq, satmaq gündəmdə deyil. Mütəxəssislərimiz bu sahədə ixtisaslaşdırılıb. Özümüz istifadə edəcəyik. Əmr komandası bizim nəzarətimizdə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top