ABŞ-dakı azərbaycanlılar Texasda polis şöbəsini ziyarət ediblər - FOTO


Azərbaycan Amerika Mədəniyyət İttifaqı(AACA - Azerbaijanian American Cultural Alliance) və Hyuston Azərbaycan Məktəbinin nümayəndələri qarşılıqlı əlaqələr yaratmaq məqsədilə Texas ştatının Şuqer Lend şəhərinin polis şöbəsini ziyarət ediblər.
Yeniavaz.com
-a verilən məlumata əsasən polis şöbəsinin əməkdaşları ilə Şuqer Lend şəhərində böyüyən azərbaycanlı-amerikalı icması haqqında səmərəli söhbət aparılıb. Həmçinin Azərbaycanın mədəniyyət və tarixi haqqında Şuqer Lend polis şöbəsinin əməkdaşlarına məlumat verilib. Həmçinin polis əməkdaşları tərəfindən AACA üzvlərinə, Hyuston Azərbaycan Məktəbinin tələbələrinə və onların valideynlərinə məlumatlandırıcı təlimlər keçirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə edilib.
Məlumatda qeyd olunub ki, Şuqer Lend cinayət nisbətinə görə ölkənin ən təhlükəsiz şəhərləri sırasına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top