Sosial şəbəkələrdə Xankəndi şəhərinə 12024 azərbaycanlının qayıdacağı ilə bağlı məlumat yayılıb. İddia edilir ki, məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev Yeniavaz.com-a açıqlamasında DSK-nin adından yayılan məlumatın doğru olmadığını bildirdi.