Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyri-iş günü olacaq


Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.
Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top