"Test sahəsində monopoliyaya son qoyulmalıdır" - Deputat


"Özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri koronavirusla mübarizəyə cəlb edilməlidir".
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Urud deyib.
Deputat bildirib ki, bunu məcburi etmək olmaz: “Amma müxtəlif həvəsləndirici tədbirlərlə bunu etməliyik. Açıqlama vermişdilər ki, bir xəstəyə gündəlik 100-150 manat xərclənir. İcbari Tibbi Sığorta Agentliyi özəl müəssisələrə 200 manat ödəyə bilər. COVID-19 xəstələrini xəstəxanaya yerləşdirməliyik”.
Deputat təklif edib ki, ekspress testlər ölkəyə gətirilib, satılsın: “Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.  
Deputat qeyd edib ki, 600 min nəfərə qədər insana yenidən 190 manat veriləcək: “Bu siyahıya yenidən baxılmalıdır. Hamımız əlimizi daşın altına qoymalyıq”.

DİGƏR XƏBƏRLƏR

Top