FSB-nin direktoru İrəvana gəlib


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bu gün İrəvana gəlib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilir ki, Bortnikov baş nazir Nikol Paşinyanın dəvəti ilə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etmək üçün İrəvana gəlib.
Məlumatda qeyd olunur ki, Bortnikov Paşinyala görüşdən sonra Bakıya səfər edəcək.

DİGƏR XƏBƏRLƏR

Top