Bakı sakinlərinə xəbərdarlıq - Ehtiyac olmadıqda sabah küçəyə çıxmayın


Bakıda dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından Yeniavaz.com-a verilən məlumata görə COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top