
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayev ötən gün Xocavənd rayonu ərazisində şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, o mina partlaması nəticəsində şəhid olub.
Həmçinin şəhid Asəf Ağayevin Şuşanın alınmasında da xüsusi şücaət göstərdiyi bildirilir. O, dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında da iştirak edib.